“Bayer” – “Qarabağ” oyununun hakimləri açıqlandı

0

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” matçının hakimləri bəlli olub.

İctimai Rəy İdman.Biz-ə istinadən bildirir ki, martın 14-də keçiriləcək görüşü ingiltərəli Entoni Teylor idarə edəcək.

Ona həmyerliləri Qari Besvik və Adam Nunn kömək edəcəklər. Leverkuzendəki görüşün dördüncü hakimi Endryu Medli olacaq.

Qarşılaşmada Stüart Atvel VAR, Carred Qavan Gillet (Avstriya) AVAR funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “BayArena”da baş tutacaq “Bayer” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »