Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır.
“Report” xəbər verir ki, bu barədə aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış Hindistanın “IADN” agentliyi məlumat yayıb.
“Hindistan strateji əhəmiyyət kəsb edən ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır. “HAL” və “CONCORD” eyni məqsədlə HALCON Birgə İşçi Qrupunu yaradıblar. Bu, Hindistan və Ermənistan arasında logistikanı gücləndirəcək”, – xəbərdə qeyd edilib.