Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda aparılacaq, bundan sonra birgə mətbuat konfransı planlaşdırılır.
Bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.
“Prezidentlər Ərdoğan və Zelenski arasında görüşün yerli vaxtla təxminən saat 19:00-da prezidentin İstanbulda, Dolmabaxçadakı iş kabinetində baş tutacağı gözlənilir. Görüşdən sonra mətbuat konfransı planlaşdırılır”, – agentliyin həmsöhbəti bildirib.
Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhə səbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq. (Report)