Vladimir Putin: Rusiya istənilən çağırışa cavab verə biləcəyini sübuta yetirib

0

Rusiya sübut edib ki, istənilən çağırışa cavab verə bilər.

Musavat.com-un yerli bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.

Onun sözlərinə görə, Rusiyanın strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir.

V.Putin qeyd edib ki, “Çirkon” dəniz əsaslı hipersəs hücum kompleksi artıq döyüşlərdə istifadə olunub: “Bu sistem artıq xidmətdədir, üstəlik “Sarmat” kompleksi də qoşunlara təhvil verilib və bunu tezliklə nümayiş etdirəcəyik”.

O vurğulayıb ki, Rusiyada yeni silahlar üzərində işlər davam etdirilir və tezliklə onlar haqqında məlumat veriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »