Rusiya – Ukrayna müharibəsinin diplomatik həlli üçün Türkiyə bir daha addım atıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna – Cənub-Şərqi Avropa Sammitinə videomüraciət göndərib. Ərdoğan mesajında “sülhün bərqərar olması üçün daha əvvəl İstanbulda qurduğumuz danışıqlar masasını yenidən qurmağa hazırıq” deyib.
İctimai Rəy xəbər verir ki, Ərdoğanın bu istiqamətdəki çağırışı dünya gündəmində mühüm mövzuya çevrilib.
Bildirilir ki, Ərdoğan Rusiya və Ukraynaya diplomatiyaya şans vermək üçün çağırış edib.
“Newsweek” yazır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya işğalının başlamasından iki ildən çox vaxt keçdikdən sonra Ukrayna-Rusiya sülh danışıqlarının yeni raunduna ev sahibliyi etməyi təklif etdi”.
Xarici media qeyd edir ki, həm Moskva, həm də Kiyevlə sıx əlaqələr saxlayan Ərdoğan müharibədə vasitəçi kimi mühüm rol oyanaya bilər. Bildirilir ki, Türkiyənin Rusiya-Ukrayna münaqişəsində vasitəçilik təklifi yeni hadisə deyil və Ankara tarixən regional mübahisələrin həlli istiqamətində diplomatik səylərdə mühüm rol oynayıb