Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərini HƏDƏLƏDİ

0

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib.

İctimai Rəy APA-ya istinadən bildirir ki, bu barədə Prezident Putin Federal Məclisə illik müraciəti zamanı danışıb.

“Onlar (Qərb) başa düşməlidirlər ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var”, – Rusiya dövlət başçısı bildirib.

Putin deyib ki, ruslar Qərbdən gələn “rusofobiya”nın qurbanıdır. O, ruslara qarşı belə yanaşmanı “ağılsızlıq” adlandırıb.

“Suveren, güclü Rusiya olmadan sabit dünya nizamı ola bilməz”, – Putin əlavə edib.

“Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”, – o, xəbərdarlıq edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »