Laçın sakini: “Yerli “İsveçrəmizə” qayıdıram”

0

“Laçın yerli “İsveçrəmizdir”, doğma yurduma qayıdıram”.

“Report” xəbər verir ki, bu barədə doğma yurduna qayıdan Laçın sakini Bəşir Bəşirov söyləyib.

“Laçın daim İsveçrə ilə müqayisə olunub. Oralar bizim yerli “İsveçrəmizdir”. Məmləkətimizə qayıtdığımıza görə çox şadıq”, – sabiq məcburi köçkün vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bölgəni daha da abadlaşdıraraq İsveçrə səviyyəsinə çatdırıb.

Xatırladaq ki, bu gün, fevralın 28-də, Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »