İran təklif etdi: Farsdilli Ölkələr Birliyi yaradılsın!

0

Farsdilli Ölkələr Birliyinin yaradılması ideyasının reallaşdırılması üçün işçi qrupu təşkil olunsun.

İctimai Rəy xəbər verir ki, bu təkliflə İranın Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının sədr müavini Əli Darayi çıxış edib.

O, bu təklifi İran-Tacikistan ortaq mədəni irsi ilə bağlı keçirilən tədbirdə İrəli sürüb.

Tədbirdə Tacikistan nümayəndə heyəti və Düşənbənin Tehrandakı səfirliyinin nümayəndələri iştirak edib.

Əli Darayi hər iki ölkənin mədəni və milli irsinin beynəlxalq səviyyədə qeydə alınması ilə bağlı əməkdaşlıq edəcəklərini söyləyib.

Qeyd edək ki, İran Tacikistanda siyasi-ideoloji təbliğat apardığına və bu ölkədə radikal dini cərəyanları dəstəklədiyiniə görə rəsmi Düşənbə Tehranla münasibətdə ehtiyatlı davranır.\\axar.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »