Bugünkü rəhbərlik xalqımızın inkişafı üçün böyük maneədir-erməni siyasətçi

“Bugünkü rəhbərlik xalqımızın inkişafı, dinc yaşaması üçün böyük maneədir. Biz beş ildir ki, sülhdən danışırıq, lakin ən çox hərbi qarşıdurmalar bu illərdə baş verib”.

İctimai Rəy Newscenter.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə naziri, general-mayor, “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan səsləndirib. O deyib ki, biz kifayət qədər kiçik imkanlara malik kiçik ölkəyik:

“Biz elə dövlət deyilik ki, özümüzü Rusiya və ya Amerika kimi apara bilək”.

Arşak Karapetyanın sözlərinə görə, nəvələrimiz, nəticələrimiz gələcəkdə Ermənistanın hazırkı rəhbərlik vaxtında biabırçı vəziyyətə salındığını deyəcəklər.

Comments are closed.

Tərcümə »