Türkiyə HƏRƏKƏTƏ KEÇDİ – Hakan Fidandan mühüm addım

0

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısına qatılan Türkiyənin xarici işlər naziri Hakan Fidan üzv ölkələri Qəzza zolağında atəşkəsin təmin edilməsində daha ​​aktiv rol oynamağa çağırıb.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, H. Fidan çıxışında Qəzzada vəhşiliyin dayandırılmasının vacib olduğunu bildirib.

Türkiyəli nazir Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Əlcəzairin təqdim etdiyi və Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə ABŞ-ın veto qoyduğuna işarə edəib: “BMT Təhlükəsizlik Şurasının atəşkəs qətnaməsini qəbul etməməsi bir daha göstərdi ki, islahatlar vacibdir”.

H. Fidan Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın İsrailin Qəzzanı İkinci Dünya Müharibəsi zamanı işğalını nasist soyqırımı ilə müqayisə etdiyinə dair açıqlamalarına da toxunub: “Braziliya prezidenti Lulanın göstərdiyi mövqe təqdirəlayiqdir”.

Türkiyənin XİN başçısı beynəlxalq ictimaiyyəti və G20 üzvlərini Qəzzada dərhal atəşkəs və İsrail-Fələstin münaqişəsində iki dövlətli həllin əldə edilməsində daha fəal rol oynamağa çağırıb.

H. Fidan görüş çərçivəsində amerikalı həmkarı Entoni Blinken, Almaniya xarici işlər naziri Annalena Baerbok və misirli həmkarı Sameh Şukri ilə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə Qəzzada dərhal atəşkəsin təmin edilməsi və bölgəyə daha çox yardımın çatdırılması üçün atılacaq konkret addımlar müzakirə edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »