Medvedyev yenə Kiyevə “girir”

0

Xüsusi hərbi əməliyyatın öz məqsədlərinə çatmaq üçün Rusiya Kiyevə girə bilər.

İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Medvedyevə Müdafiə Şurasının coğrafi sərhədləri ilə bağlı sual verilib. O, cavab olaraq deyib ki, Rusiya tərəfi qoruyucu kordonun yaradılması zərurəti ilə əlaqədar çox iş görməlidir.

“Bu, Kiyev olacaq? Bəli, yəqin ki, Kiyev olmalıdır. İndi deyilsə, bir müddət sonra, bəlkə də münaqişənin hansısa başqa mərhələsində”, – o, əlavə edib.

Eyni zamanda Medvedyev Kiyevi “Rusiya şəhəri” adlandırıb. Buna baxmayaraq, o, Kiyevin ABŞ-ın rəhbərlik etdiyi və Rusiya Federasiyasının əleyhdarlarından ibarət olan beynəlxalq briqadası tərəfindən idarə olunduğunu deyib, qərarların xaricdə və NATO-nun mənzil-qərargahında qəbul edildyini bildirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb ki, Ukraynada formal olaraq öz funksiyalarını yerinə yetirən kuklaların nə vicdanı, nə öz ölkələrinin gələcəyi üçün əndişəsi, nə də imkanları var.

Medvedyev hesab edir ki, xüsusi əməliyyatın nəticələrindən sonra Ukraynanın müstəqil dövlət kimi sağ qalmaq şansı böyük deyil.

“Bu prosesdə təkcə silahlı qüvvələr, qoşunlar deyil, həm də bu torpaqlarda yaşayan insanların özləri öz sözünü deməlidirlər”, – deyə o, izah edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »