Fransanın müdafiə naziri Sebastyan Lekornu cümə axşamı Ermənistana iki günlük səfər edəcək.
İctimai Rəy xəbər verir ki, bu barədə “Le Fiqaro” məlumat yayıb.
“Mən yaxın vaxtlarda parlamentarilər və istehsalçılardan ibarət böyük nümayəndə heyəti ilə Ermənistana gedəcəyəm. Bu, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir”, – Lekornu RTL radiosuna açıqlamasında deyib.
Bildirilib ki, səfər bu gün başlayacaq.\\axar.az\\