Dünya liderləri orda idi, Əliyevin dediyi oldu – Aşotyan

0

Nikol Paşinyan getdikcə Ermənistanı Türk dünyasının bir parçasına çevirir.

İctimai Rəy Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın həbsdə olan müxalifət nümayəndələrindən Armen Aşotyan yeni məqaləsində qeyd edib.

Aşotyan Qarabağdan sonra Ermənistanın da Azərbaycan və Türkiyənin daxili məsələsinə çevrildiyini bildirib:

“Baş nazir bu istiqamətdə bütün lazımi işləri görür. O, 4 il əvvəl olduğu kimi bir daha Münhendə Azərbaycan Prezidenti və beynəlxalq ictimaiyyət qarşısında bizi biabır etdi. Münhendə Olaf Şolts, İlham Əliyev və Nikol Paşinyan arasında görüş olub, daha sonra danışıqlar Əliyev-Paşinyan formatında davam edib. Maraqlıdır, Aİ rəsmisi Ursula fon der Leyen, ABŞ Dövlət katibi Entoni Blinken, Fransa rəsmiləri də Münhendə idilər. Onların vasitəçilik təcrübələri də var. Bəs niyə sözügedən görüşdə niyə iştirak etmədilər? Niyə hər zaman təşəbbüs göstərsələr də, bu dəfə danışıqlara qatılmadılar?”, – A.Aşotyan fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Ermənistan arasında birbaşa danışıqların əsas təşəbbüskarı Prezident İlham Əliyevdir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »