Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindəki (QDİƏTPM)nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu təşkilatın Daimi komitəsinin xüsusi iclasında və Prosedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak etmək üçün fevralın 22-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
İctimai Rəy xəbər verir ki, iclaslarda QDİƏT-in Prosedur qaydalarına və təşkilatın Beynəlxalq Katibliyinin İşçi Qaydalarına düzəlişlərə baxılacaq, müvafiq qərarlar qəbul ediləcəkdir.
Deputatların səfəri fevralın 24-də başa çatacaqdır.