Kamil Zeynallı 17 fevralda Rusiyaya istirahət üçün getmişdi.
İctimai Rəy xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Kamil Zeynallının köməkçisi Nicati Nicat bildirib.
“Kamil Zeynallı 17 fevralda Rusiyaya istirahət üçün getmişdi. Ondan əvvəl də dəfələrlə gedib-gəlməsinə baxmayaraq, heç bir problem yaşanmamışdı”.
Qeyd edək ki, Kamil Zeynallı bu gecə Moskvadan Azərbaycana qayıdarkən Domodedovo hava limanında saxlanılıb. Onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyi üçün saxlanıldığı bildirilib.