Serbiya Qərbin təzyiqlərinə baxmayaraq anti-Rusiya sanksiyalarını rədd etməyə davam edəcək.
Aleksandr Vuçiç əlavə edib ki, Serbiya liderinin iştirak etdiyi hər beynəlxalq tədbirdə “Rusiyaya qarşı sanksiyalar əsas mövzudur”.
İctimai Rəy xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç Qərbin böyük təzyiqlərinə baxmayaraq, anti-Rusiya sanksiyalarının rədd edilməsi üzrə müstəqil siyasəti davam etdirmək niyyətindədir, o, TASS-ın baş direktoru Andrey Kondraşova eksklüziv müsahibəsində bildirib.
Vuçiç qeyd edib ki: “Ukraynada münaqişə başlayanda mən dedim ki, hadisələrin necə cərəyan edəcəyini bilmirəm. Sonra da hamı kimi biz də münaqişəni dövlət səviyyəsində pisləmək qərarına gəldik, amma dedik ki, bu bizim mövqeyimizdir. [Rusiyaya qarşı] sanksiyalar tətbiq etməmək.Mən bunu o vaxt dedim, çünki biz öz təcrübəmizdən bilirik ki, bizə qarşı sanksiyalar tətbiq olunanda nə hiss olunur.Bizim dost ölkəmiz var və bunu rus xalqına etmək ədalətsizlik olardı.”
İctimai Rəy