RUSİYA “OĞURLANMIŞ” UŞAQLARI KİYEVƏ QAYTARIB

0

Qohumlarının yanına qayıdan uşaqlar Rusiya hərbçiləri tərəfindən işğal olunmuş Zaporojye, Donetsk və Luqansk vilayətlərinin ərazilərində, eləcə də Krımda olublar. 

İctimai Rəy hraparak.am-a istinadən xəbər verir ki, bu barədə Rusiyada uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova məlumat verib.

Azyaşlıların qaytarılması Beynəlxalq Qızıl Xaç Komitəsinin və Qətərin vasitəçiliyi ilə baş tutub.
Onlar Moskvadakı Qətərin səfirliyində qohumları ilə görüşüblər və tezliklə Belarus ərazisindən keçməklə Ukraynaya qayıdacaqlar.

Ümumilikdə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Lvova-Belovanın sözlərinə görə, 59 uşaq geri qaytarılıb.

Ukrayna hakimiyyətinin rəsmi məlumatlarına görə, 2023-cü ilin dekabrına olan məlumata görə, 2022-ci il fevralın 24-dən indiyədək 19 546 uşaq Ukraynadan Rusiyaya deportasiya edilib. Bunlar rəsmi olaraq qeydə alınan hallardır.

Xatırladaq ki, BCM də bu fakta görə Putin və Lvova-Belovanın həbsinə order verilməsi ilə bağlı məlum qərarını vermişdi.

İctimai Rəy

Leave A Reply

Your email address will not be published.

Tərcümə »