Ən çox şikayət edilən banklar açıqlanıb – “Bank of Baku” liderdir

0

2024-cü ilin yanvar ayında Azərbaycanda ən çox şikayət edilən bank 6,22 indeksi ilə “Bank of Baku” seçilib.

İctimai Rəy bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. “Bank BTB” siyahıda ikinci (5,18 indeksi), “Yapı Kredi Azərbaycan” isə üçüncü (4,17indeksi) olub.

Xidmət səviyyəsinin aşağı olduğu banklar siyahısında “Bank VTB Azərbaycan” (2,89 indeksi), “Express Bank” (2,88 indeksi), “Bank Avrasiya” (2,72 indeksi) və “Yelo Bank” (2,54 indeksi) da var.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »