ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) daxil olmaqla beynəlxalq hüquq-mühafizə orqanları “ransomware” virusları ilə tanınan “LockBit” haker qrupuna qarşı əməliyyat keçirib.
İctimai Rəy xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, əməliyyatda 11 ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Qrupun “ransomware” yaymaq üçün istifadə etdiyi 11 min domen adı ələ keçirilib.
Əməliyyatın məqsədi “LockBit” haker qrupunu sıradan çıxarmaq olub.
Məlumata görə, “LockBit” hakerləri kompüterlərindəki faylların kilidini açmaq üçün zərərçəkənlərdən pul tələb edən “ransomware” viruslarından istifadə edirdilər.\\musavat.com\\