Putinin BU AÇIQLAMASI dünyada əks-səda yaratdı: “Türkiyə artıq…”

0

Rusiya prezidenti Vladimir Putin dövlət kanalına müsahibəsində Avropanın iqtisadiyyatda dönməz bir yola girdiyini bildirib və Türkiyənin enerji sahəsində ən etibarlı tərəfdaş olduğunu bəyan edib.

Putin Almaniyanın Rusiya karbohidrogenlərinə arxa çevirdiyi vaxtdan bəri Türkiyəni Rusiyanın ən etibarlı enerji tərəfdaşı adlandırıb. “Onlar daim deyirdilər ki, Rusiya enerji resurslarını vermir, məhdudlaşdırır. Biz heç nəyi məhdudlaşdırmırıq, hər şeyi veririk. Artıq ən etibarlı tərəfdaş Türkiyə olub. Daşıma “Türk axını” ilə həyata keçirilir” – Rusiya lideri vurğulayıb.

İctimai Rəy xəbər verir ki, Putinin bu açıqlamaları dünyada geniş əks-səda doğurub.

Yunanıstanın “Proto Thema” nəşri Rusiya liderinin Türkiyənin Almaniyanı əvəzlədiyi barədə açıqlamasına diqqət çəkib: “Rusiyanın ən etibarlı enerji tərəfdaşı artıq Almaniya deyil, Türkiyədir. Rusiya prezidenti Almaniya rəsmilərinin siyasi daxili ziddiyyətlərlə məşğul olduğunu və onların siyasətlərinin ölkə iqtisadiyyatına ziyan vurduğunu söylədi”.

“Middle East Monitor” nəşri də Rusiya liderinin açıqlamalarına yer verib. “Putin Berlinin hazırkı siyasətinin onun iqtisadiyyatının gələcəyinə “böyük ziyan” vurduğunu bəyan edib və Almaniya rəsmilərinin hazırda daxili siyasi mübarizələrlə məşğul olduğunu iddia edib” – xəbərdə qeyd edilib.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »