“Ukrayna məsələsində Moskva ilə Ermənistan tərəfinin mövqeləri diametral şəkildə fərqlidir”.
İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov bu gün jurnalistlərlə söhbəti zamanı bildirib.
“Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeləri tamamilə fərqlidir, Rusiya Federasiyası bunun düzgün olduğunu israrla izah etməyə davam edəcək”, – Peskov bildirib.
Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan İrəvanın Ukraynada aparılan müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib.