Baydenin əsas uğuru Trampı Ağ Evdən çıxarması olub

0

ABŞ prezidenti Co Bayden ən yaxşı Amerika liderləri reytinqində 14-cü yeri tutub, lakin o, bu pilləni sələfi Donald Trampa borcludur.

İctimai Rəy xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Prezidentlər Günü sorğusuna əsasən, Baydenin aşağı reytinqi nəzərə alınmaqla ən böyük nailiyyəti sonuncu yerdə olan Trampı Ağ Evdən uzaqlaşdırmaq olub.

Sorğunun müəllifləri Castin Von və Brendon deyiblər: “Baydenin ən mühüm nailiyyəti o ola bilər ki, o, prezidentliyi Trampdan xilas edib, daha ənənəvi rəhbərlik tərzini bərpa edib və həmin postun payızda sələfinin əlinə keçməsinin qarşısını almağa hazırlaşır”.

Nəşr qeyd edib ki, siyahıya, həmişə olduğu kimi, Avraam Linkoln, Franklin Ruzvelt, Corc Vaşinqton, Teodor Ruzvelt və Tomas Cefferson başçılıq edir, çünki partiya mənsubiyyətindən və şəxsi baxışlarından asılı olmayaraq tarixçilər, ümumiyyətlə, bir çoxlarının fəaliyyəti ilə bağlı oxşar fikirləri bölüşürlər.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »