“Nəzərə almalıyıq ki, bütün qanunların qəbul olunmasında əsas hədəf vətəndaşlardır. Həmin sahənin vəziyyətinə diqqət ayırmaq lazımdır”.
Bunu Milli Məclisin iclasında millət vəkili Azay Quliyev deyib.
A.Quliyev qeyd edib ki, son illlər su təchizatı ilə bağlı bir çox işlər görülüb, lakin hələ də görüləcək işlər var. Onun sözlərinə görə, həmçinin də bu istiqamətdə vətəndaşların ödəyəcəyi xidmət haqlarına uyğun xidmətin göstərilməsi kimi məsələlərə diqqət yetirmək lazımdır:
“Tullantı sularının axııdlmal ilə bağlı bir çox problem var. Binəqədidə 10-dan çox binanın kanalizasiyasının yaxşılaşdırılmasına ehtiyac var. Hələ də Bakının rayonlarında seçicilərlə görüşdə deyilir ki, suyun keyfiyyəti çox aşağıdır Müvafiq qurumlar bu məsələyə də diqqət ayırmalıdır. 9-cu mikrorayonda hələ də suyu qrafiklə verilən evlər var. Bu məsələlərə ciddi yanaşılmalıdır”.
Deputat bildirib ki, bu gün Bakıda bir çox yerlərdə istismara alınmayan binalar var:
“Bütövlükdə məhz əgər bu binanın tikintisinə icazə verilibsə, necə icazə verilib? 360-380 ailə yaşayır Onların qeydiyyatı yoxdur, hətta səsvermədə belə iştirak edə bilmirlər”.
Musavat.com