Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Rusiyadan 29 milyard avro dəyərində neft və qaz idxal edib.
İctimai Rəy xəbər verir ki, bu məlumat “Eurostat” statistik xidməti tərəfindən təqdim edilib.
Məlumatdan aydın olur ki, neftin qiymətinin orta hesabla 100 dollar/barel olduğu 2022-ci illə müqayisədə alışların həcmi 2,9 dəfə azalıb. 2021-ci ildə, Ukraynada işğalçı müharibəyə görə anti-Rusiya sanksiyalarının tətbiqinə qədər tədarükün həcmi təqribən 81,9 milyard avro təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 2,8 dəfə çoxdur.
Ötən ilin sonunda Aİ ilə Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi təxminən 89 milyard avro təşkil edib, Avropa İttifaqına ixrac 50 milyard avrodan çox olub, idxal isə 38 milyard avroya çatıb.\\musavat.com\\