“Qarabağ” tarixi oyuna çıxır

0

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

İctimai Rəy xəbər verir ki, tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanmış Azərbaycan çempionu “Qarabağ” Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq.

Bu komandalar arasındakı ilk oyun Braqa şəhərində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral

00:00. “Braqa” – “Qarabağ”
Baş hakim: Morten Knoq (Danimarka).
Braqa. “Estadio Munisipal”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »