Putin onu “təhlükəli insan” adlandırdı

0

Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonu “təhlükəli insan” adlandırıb.

Putin bunu jurnalist Pavel Zarubinlə söhbətində bildirib.

Rusiya liderinin sözlərinə görə, o, Karlsondan sərt suallar gözləyirdi ki, ona eyni ruhda cavab verə bilsin. Bununla belə, jurnalist səbirli olub və onu dinləyib. Siyasətçi həmçinin əlavə edib ki, jurnalist planını ciddi şəkildə yerinə yetirib.

Qeyd edək ki, Putinin amerikalı jurnalistlə müsahibəsinin tam mətni fevralın 9-u Kremlin saytında yerləşdirilib. Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib.//Qafqazinfo

Leave A Reply

Your email address will not be published.

Tərcümə »