Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxması məsələsinin hələlik müzakirə olunmadığını bildirib.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, Rusiya Xarici işlər nazirliyinin rəhbəri bunu Dövlət Dumasında keçirilən “hökumət saatı”nda deyib.
Lavrovun sözlərinə görə, bu məsələ artıq gündəmdədir.
“Müttəfiqlərimizin bizi təqib edib-etməyəcəyi başqa sualdır və burada təbii ki, onların mövqeyi tam nəzərə alınmalıdır”, – deyə Lavrov qeyd edib.
Bundan başqa Lavrovun iddiasına görə, Qərbin Rusiyanı təcrid etmək cəhdləri iflasa uğrayıb.