Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı ilə bağlı tələblərini səsləndirib

0

Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında yerləşdirdiyi videoda Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı Aleksandr Sırskiyə qoyulan tələblərdən danışıb.

İctimai Rəy APA-a istinadən xəbər verir ki, Zelenski bildirib ki, hazırda ölkənin müdafiə qüvvələrinin sayı bir milyona yaxındır.

“Bu gün onların əksəriyyəti cəbhə xəttində faktiki olaraq bir azlığın döyüşdüyü kimi cəbhəni hiss etməyib”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu o deməkdir ki, səfərbərliyə, hərbi rotasiyaya və cəbhənin idarə olunmasına fərqli yanaşma lazımdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »