Türkiyənin sənaye istehsalında keçən il artım qeydə alınıb.
İctimai Rəy Newscenter.az-a istinadən bildirir ki, sənaye istehsalı indeksi 2023-cü ilin dekabr ayında aylıq 2,4 faiz, illik olataq isə isə 1,6 faiz artıb.
Məlumata görə, sənayedə daha çox mədənçıxarma sektorunda artım qeydə alınıb. Keçən ilin dekabr ayında bu sahədə artım 1,2 faiz olub.
Bundan başqa, il ərzində emal sənaye sektoru indeksi 2,1, elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi isə 4,5 faiz artdı.