Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi seçkidən danışdı

“Seçkilərə beynəlxalq müşahidəçilərin dəvəti maksimum açıqlığın təmin edilməsinin nümunəsidir”.

İctimia Rəy Musavat.com-a istinadən xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olaraq tarixi seçkilərdə iştirak etmək böyük şərəfdir:

“Seçkilərə beynəlxalq müşahidəçilərin dəvəti maksimum açıqlığın, şəffaflığının təmin edilməsinin nümunəsidir. Bu tarixi seçki mühüm əhəmiyyətə malikdir. Seçkilərdə sərbəstlik, müstəqillik və bitərəflik müşahidə olundu. Tam şəffaflıq təmin olundu”.

Comments are closed.

Tərcümə »