Prezident İlham Əliyev “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda və sərəncamda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
İctimai Rəy AZƏRTAC-a istinadən bildirir ki, xəbər verir ki, fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.24-cü bəndində “məişət və istehsalat tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.
2. “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1528 (Cild I) 2.1-ci bəndində və 4-cü hissəsində “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 613 (Cild I) ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1.17-ci yarımbənddə “sənaye və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin;
3.2. 3.2.8-ci yarımbənddə “istehsalat və məişət tullantılarının” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 3.0.45-ci yarımbəndində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin;
4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə” üzrə:
4.2.1. 2.0.2-ci yarımbənddə “məişət və istehsalat tullantılarının,” sözləri “tullantıların, o cümlədən” sözləri ilə əvəz edilsin;
4.2.2. 3.0.10-cu yarımbənddə “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin;
4.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 3.1.17-ci yarımbəndində “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”nin 7.4.11-ci yarımbəndinə “dövlət rüsumları” sözlərindən sonra “, habelə utilizasiya haqları” sözləri əlavə edilsin.
6. “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1239 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1-ci bənddə “istehsalat və məişət tullantılarından” sözləri “tullantılardan” sözü ilə əvəz edilsin;
6.2. 4-cü hissədə “istehsalat və məişət tullantıları” sözləri “tullantıların” sözü ilə əvəz edilsin.