Hindistan yaxın illərdə neftə tələbat artımında liderlik edəcək.
İctimai Rəy xəbər verir ki, barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) Qoada keçirilən “Hindistan Enerji Həftəsi 2024” forumu çərçivəsində yayılan hesabatında deyilir: “Enerji keçidi sürət qazandıqca və Çin iqtisadiyyatı daha az enerji tutumlu fazaya keçdikcə, Hindistan bu onillikdə neftə tələbat artımına dünyanın ən böyük töhfə verən ölkəsi kimi çıxış edəcək. 2023-2030-cu illər proqnoz dövründə Hindistan qlobal neft tələbi artımının üçdə birindən çoxunu təmin edəcək”.
Agentliyin ekspertləri Hindistanın qlobal neft bazarlarında mövqelərinin möhkəmlənəcəyini də proqnozlaşdırırlar: “Müsbət iqtisadi artım, dinamik əhali artımı, urbanizasiya və sənayeləşmə ilə birlikdə 2030-cu ilə qədər Hindistanın qlobal neft bazarlarında rolunun sürətlə genişlənməsinə səbəb olacaq ki, bu da onun neft ticarəti balansına, iqlim ambisiyalarına və enerji təhlükəsizliyi məqsədlərinə əhəmiyyətli təsir göstərəcək”. \\Musavat.com\\