Rusiya Federasiyasının Maliyyə Monitorinqi üzrə Federal Xidməti Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Pyotr Vrublevskini terrorçular və ekstremistlər siyahısına daxil edib.
İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, buna səbəb Pyotr Vrublevskinin qazaxıstanlı bloger Dias Kuzairovla müsahibəsində “İndi nə qədər çox rus öldürsək, uşaqlarımız bir o qədər az öldürməli olacaq” deməsidir.
Səfir sonradan qalmaqallı açıqlamalarına görə üzr istəsə də, Ukrayna prezidenti Vladimir Zelenski onu Ukraynanın Qazaxıstandakı səfiri vəzifəsindən uzaqlaşdırıb.
Comments are closed.