MSK yerli müşahidəçilərin son statistikasını açıqladı

Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib.

İctimai Rəy xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Comments are closed.

Tərcümə »