Zelenski Tokayevlə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı olub.

İctimai Rəy xəbər verir ki, bu barədə Zelenski X hesabında yazıb.

O, həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib.

“Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, – Zelenski yazıb.

O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə Tokayeva təşəkkür edib.\\axar.az\\

Comments are closed.

Tərcümə »