Ankaranın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
İctimai Rəy xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “CNN Türk”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, tərəflər “Patriot” komplekslərinin satışı ilə bağlı danışıqlar prosesində idilər, lakin Türkiyə fərqli istiqamətə getdi:
“Ona görə də bu gün bir neçə müzakirə apardıq. Aydındır ki, biz istədiyimiz S-400 məsələsini həll edə bilsək, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olacaq. Ancaq əvvəlcə bu məsələni həll etməli, eyni zamanda Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik”.\\axar.az\\