Qırğızıstan-Çin sərhədində ard-arda 4 zəlzələ baş verib.
İctimai Rəy xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutundan məlumat verilib.
4.5 bal gücündə ilk təkan Bakı vaxtı ilə saat 01:03-də qeydə alınıb. Daha sonra 3 təkan baş verib. Onlardan ən güclüsü 5.9 bal olub.
Yeraltı təkanların episentri yanvarın 23-də Çində 7 bal gücündə güclü zəlzələnin baş verdiyi ərazinin yaxınlığında olub.