Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Netanyahu “qan itirir” (Red.-Zəifləyir).
Musavat.com xəbər verir ki, Ərdoğan deyib: “O, daha çox qan itirəcək. Hazırda Netanyahu öz ölkəsində lənətlənib və lənətlənməyə davam edəcək. Bəşəriyyət onu lənətləyəcək”.
Qeyd edək ki, bunu Türkiyə prezidenti Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qərarlarını dəyərləndirərkən deyib.
//Musavat.com//