Qızılca və Hepatit A virusu ilə bağlı Səhiyyə Nazirliyindən – AÇIQLAMA

0

Hazırda Azərbaycanda qızılca və Hepatit A virusu üzrə epidemioloji vəziyyət stabildir.

İctimai Rəy xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, müraciət sayında artım qeydə alınmır:

“Hazırda ölkə ərazisində qızılca və Hepatit A xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir. Qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük əhali arasında da peyvəndləmə işləri davam etdirilir”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »