Paşinyan Qaribaşvili ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflisdə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

İctimai Rəy xəbər verir ki, bu barədə N.Paşinyan X-də yazıb.

O bildirib ki, görüşdə regional sülh və sabitlik məsələsini müzakirə ediblər.

Hökumət başçıları, həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, N.Paşinyan Gürcüstanda işgüzar səfərdədir.(axar.az)

Comments are closed.

Tərcümə »