Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası Tiflisdə keçiriləcək. Paşinyanla Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında ayrıca görüş də planlaşdırılır”, – məlumatda deyilib.