Ermənistan Aİ-nin monitorinq missiyasının statusu haqqında sazişə müsbət rəy verib

0

Ermənistan hökuməti şərti olaraq Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının (Aİ) monitorinq missiyasının statusu haqqında sazişə müsbət rəy verib.

İctimai Rəy “Report”a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Hökumət onu Konstitusiya Məhkəməsinə göndərib və müsbət rəy olarsa, ratifikasiya üçün parlamentə göndəriləcək.

Saziş 2023-cü il noyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos tərəfindən imzalanıb.

Sənədlə missiyanın işinin bütün texniki məsələləri nəzərdə tutulur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »