“Azəriqaz”ın baş direktorundan qaz limiti ilə bağlı açıqlama

0

“Azəriqaz” sutkalıq 48 milyon kubmetr qaz qəbul edib ki, bu da rekord bir göstəricidir. Keçən ilin eyni gününə nisbətən 8 milyon kubmetr artıq qaz qəbul olunub.

İctimai Rəy xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, hazırda ölkə üzrə qaz təchizatı ilə bağlı ciddi bir problem yoxdur:

“Bir-iki yerdə kiçik bir qəzalarımız olub və onlar aradan qaldırılıb”.

Sədr əlavə edib ki, Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »