ABŞ bu ölkədən ordusunu çıxarmağa hazırlaşır

0

ABŞ və İraq tezliklə Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı danışıqlara başlayacaq.

İctimai Rəy xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

​“Amerika və İraq yüksək hərbi komissiya çərçivəsində dialoqa başlamaq üçün razılaşmaya yaxındır. Bu görüşdə gələcək addımların müəyyənləşdirilməsi gözlənilir. Vaşinqton qoşunların çıxarılması cədvəlində İraqdakı mövcud vəziyyət, hökumət və təhlükəsizlik qüvvələrinin sabitlik dərəcəsinin nəzərə alınmasını istəyir. Öz növbəsində İraq rəhbərliyi hesab edir ki, qoşunların çıxarılması tarixləri heç bir vəziyyətdən asılı olmamalıdır”, – mənbə bildirib.(axar.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »