3 partiyanın fəaliyyətinə son qoyuldu -SİYAHI

Türkiyədə 3 siyasi partiyanın mövcudluğuna son qoyulub.

İctimai Rəy Newscenter.az-a “Resmi Gazete”yə istinadən bildirir ki, bunlar Oyanış Partiyası, Türkiyə Həyat Partiyası və Yeni Yol Partiyasıdır. Partiyaların siyasi varlığına Konstitusiya Məhkəməsinin qərarı əsasında son qoyulub.

Qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib. Qərara əsasən, sözügedən partiyaların fəaliyyəti qurultay keçirə və təşkilatı orqanlarını yarada bilmədikləri üçün onların fəaliyyəti dayandırılıb.

Məhkəmə, 2820 saylı Siyasi Partiyalar Qanununa uyğun olaraq, sözügedən partiyaların bütün əmlaklarının xəzinəyə verilməsinə qərar verib.

Comments are closed.

Tərcümə »