“Pakistan İran ordusunu silib-süpürər” – Türkiyəli general

0

Hazırda İranda dövlət idarəçiliyi sarsıntı içərisindədir. Belə sarsıntı içərisində ikən Pakistanla yaxşı münasibətlər qurmaq yerinə, atdıqları addım son dərəcə yanlışdır.

İctimai Rəy xəbər verir ki, bu sözləri axar.az-a İranın Pakistanı raket atəşinə tutması barədə danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib.

General-polkovnik İranı düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb:

“İranın daxilində çoxlu problemləri var. Xüsusilə Bəlucistanda İranı sıxışdırırlar. Yeri gəldi-gəlmədi məsələnin kökünü Pakistanda axtarırlar. Məncə, İran belə düşünülməmiş addımlar atmaqdan çəkinməlidir. Çünki vəziyyət gərginləşsə, Pakistan İran ordusunu silib-süpürər. Yəni Pakistan hərbi baxımdan qat-qat güclüdür, ancaq Hindistanla yaşanan problemlərə görə tələskənlik etmək istəmir. Fikrimcə, belə gərgin geosiyasi vəziyyətdə Türkiyə, Azərbaycan, Pakistan və İran bir-birinə kömək etməlidir”.

Karakuş hadisənin SEPAH-ın içərisində İran-Pakistan yaxınlaşmasını istəməyən qüvvələr tərəfindən təşkil olunma ehtimalını istisna etməyib:

“SEPAH-ın içərisində İran və Pakistan arasında vəziyyətin gərginləşməsini istəyən qüvvələrin də durumdan istifadə etməsi mümkündür. Yaxın keçmişdə də bunun nümunələri var. Türkiyə Cümhuriyyəti müstəqilliyini qazanandan sonra ingilislər yaxınlaşmanın qarşısını almaq üçün İranda türk sülaləsi olan Qacarları devirdilər və yerinə Pəhləviləri gətirdilər. İndi bu versiyanı da diqqətdən kənarda saxlamaq olmaz. Bölgədə öz planlarını həyata keçirmək istəyən qüvvələr heç vaxt müsəlman ölkələrinin birliyini istəməz. Bunu unutmamalıyıq”.

Qeyd edək ki, İran Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Hücumun hədəfi Pakistanın Bəlucistan əyalətinin Koh Sabz adlanan ərazisidir və burada “Ceyş ül-Ədl” qruplaşmasının qərargahı olub. Nəticədə iki uşaq ölüb. Pakistan dövləti Tehrana kəskin etirazını bildirib və İrandakı səfirini geri çağırıb. \\Musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »