2024-cü ildə dövlətimizin qarşısında bir sıra mühüm hədəflər dayanır ki, bu hədəflərin reallaşdırılması həm beynəlxalq aləmin subyekti olaraq ölkəmizin qüdrətlənməsinə, həm də ki xalqımızın firavanlığının təmin olunmasına müstəsna xidmətlər göstərəcəkdir. Yeni dövr yeni çağırışlarla zəngindir və bu siyahıya işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, məcburi köçkünlərin öz evlərinə qayıtması prosessinin davamı və COP-29 kimi mötəbər tədbirlərin keçirilməsi aiddir.
Eləcə də, bu il xalqımız üçün daha da əlamətdar edən hadisə 7 fevral tarixində keçiriləcək Prezident seçkiləridiri. Bu seçkilər bütün Azərbaycan ərzisində keçiriləcək ilk seçki olmaqla bərabər xalqımıza öz iradəsini vaxtından əvvəl ifadə etmək və Liderini seçmək imkanı verəcəkdir. Təbii ki, qədirbilən Azərbaycan xalqı seçkilərdə iştirak edərək öz layiqli namizədlərinə dəstək nümayiş etdirəcəklər.
Bir neçə mühüm məqamı xatırlamaq yerinə düşər ki, 2003-cü ildə xalqımız ən doğru seçimini edib ilk dəfə cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçki ilə ölkəmiz Ulu Öndər siyasətinə xüsusi dəstəyini nümayiş etdirmiş oldu. Məhz 1991-ci ildə müstəqilliyini əldə edən ölkəmiz yalnış idarəetmə və siyasi hərc-mərclik, hakimiyyətdə təmsil olunanların səriştəsizliyi hesabına ərazi itkisinə məruz qaldı. Nəticə etibarı ilə yaranmış xaos torpaq itkisi, dövlətimizin parçalanmasına gətirib çıxardaraq, müstəqilliyimizin itirilməsi kimi tarixi bir faktı meydana çıxardı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi baş vermiş xaosu dayandırdı və dövlətimizin üzərindəki bütün təhdidlər dəf edildi, nəticədə ölkəmizin müstəqilliyini qorunub saxlana bildi.
2003-cü ildə Prezident seçkilərində xalqımız başa düşdü ki, heç bir halda bu ölkənin rəhbəri kimi mühüm postu təsadüfi adamlara və keçmişdə dövlətimizə, dövlətçiliyimizə zərbə vurmuş şəxslərə yox məhz Prezident İlham Əliyevə dəstəyini nümayiş etdirdi. Daha sonra keçirilən seçkilərdə də dövlət başçısına dəstək verən xalqımız, ölkəmizin bugünkü qüdrətinin əsas səbəbkarıdır.
Məhz xalqımızın gücü, birliyi özünü tarixi qələbəmizlə başa çatın İkinci Qarabağ müharibəsində dedi. Dövlət başçısının ətrafında sıx birləşən xalqımızdan güc alan rəşadətli Ordumuz düşmən üzərində tarixi Qələbə qazanaraq bizə Zəfər yaşatdır. Uzun illər davam etmiş erməni təcavüzünə son qoyuldu, dədə-baba torpaqlarımız işğaldan azad olundu. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla müharibə dayandırıldı və Ermənistan tərəfindən işğal altında saxladığı torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması barədə vaxt tələb olundu. Verilən təqvim əsasında erməni silahlılarının çıxarılmasına və bir güllə belə atılmadan Laçın, Kəlbəcər və Ağdam kimi şəhər və rayonlarımızın işğaldan azad olundu.
Üçtərəfli Bəyanatdan keçən 3 il ərzində Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam icra etmədi, erməni silahlıları Xankəndi şəhərindən çıxarmadı və seperatçıları tərk-silah etmədi. Əksində, Fransadan və başqa himayədarlarından güc alaraq siyasi və hərbi təxribatlar törətdi. Xüsusilədə qondarma rejiminin keçirtdiyi seçkilər, Ermənistanın baş nazirinin ünvanladığı təbrik məktubu və bu sahədə atılan addımlar local xarakterli antiterror əməliyyatlarını qaçınılmaz etdi.
Təbii ki, Azərbaycan Ordusu yüksək səviyyədə peşəkarlıq nümayiş etdirərək, yalnız hərbi obyekləri sıradan çıxardı. 2023-cü ilin sentyabr ayının 19-da başlanmış və 23 saat davam edən tədbirlər zamanı qarşıya qoyulmuş bütün məqsədlərə nail olundu, separatçı rejim özünü buraxmaqla tam təslim oldu. Bu gün cinayətkarlar, əlləri Azərbaycan xalqının qanına batmış canilərin bir çoxu məhkəmələrimiz qarşısında cavab verirlər.
Bu ədaləti bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan və Azərbaycan xalqıdır. Dövlət başçısının dediyi kimi beynəlxalq hüquq yalnız zəif dövlətlərə qarşı işləyən bir mexanimzdir və digər dövlətlər bunu saymırlar. Belə olmasaydı Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnaməni heçə saymaz və təcavüz siyasətini davam etdirməzdi.
İndi isə bizi qarşıda uzun yol gözləyir. Bu gün Azərbaycanın nüfuzu ilə barışmaq istəməyən və açıq-aşkar öz qərəzli mövqeyini nümayiş etdirən Fransanın atdığı addımları hər birimiz görürük. Daha əvvəl özünü neytral vasitəçi adlandıran Fransanın 2020-ci ildən etibarən açıq-aşkar göstərdiyi riyakarlıq siyasəti dünyaya bu Qərb dövlətin əsl simasını göstərir. Məhz Fransa Ermənistanı dəstəkləyir, silahlandırır, hərbi qulluqçularına təlim keçir, bununla da bugünkü hakimiyyəti öz ölkəsində olan xaosu gizlətmək və əhalini aldatmaq məqsədilə ölkəsində prosessləri xaric etməyə çalışır. Ermənistanın üzərindən oynanılan bu oyunla Cənubi Qafqazdakı sülhə maneə olmağa cəhd edir, regionun sabitləşməsinin qarşısını alırlar. Təbii ki, bu siyasətin ana xəttində Fransanın çoxəsrlik müstəmləkə siyasəti dayanır, bu ölkənin Əlcəzairdə, eləcə də Afrika qitəsində törətdiyi cinayətlərin misli bərabəri yoxdur. Təəssüf ki, bir çox ölkələr hələ də bu ölkənin kolonist siyasətindən əziyyət çəkir, müstəmləkə siyasətinin qurbanına çevriliblər.
Azərbaycanın güclənməsini istəməyən bu dairənin mövqeyi hər kəsə bəllidir. Lakin, unudurlar ki, Azərbaycan bu gün müstəqilliyinin ilk illərindəki kimi zəif bir ölkə deyil. Dünyaya öz gücünü nümayiş etdirmiş, düşmən işğalına son qoyaraq tarixi Zəfər əldə edib. Bu gün Qərbi enerji ilə təmin edən ölkəmiz həm də Avropanın qaz təchizatının qarantıdır. Uzun illər bu sahəyə ayrılmış investisiya istər iqtisadi, istərsə də siyasi cəhətdən dövlətimizin qüdrətlənməsinə, beynəlxalq münasibətlərin əsas oyunçularından birinə çevrilməsinə xüsusi töhfə verdi.
Adil Əliyev, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri