ABŞ Yəmənə zərbələr endirmək üçün bombardmançı təyyarələrdən və “Tomaqavk” qanadlı raketlərindən istifadə edib.
İctimai Rəy xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Eyni zamanda, “Reuters” qeyd edir ki, Vaşinqton aviasiyadan əlavə sualtı qayıqlardan da istifadə edib.
KİV-in məlumatına görə, “Tomaqavk” Ohayo sinifli “USS Florida” nüvə sualtı qayğından buraxılıb.
Qeyd olunub ki, Britaniya və ABŞ-ın Yəməndəki hədəfləri radar stansiyaları, pilotsuz uçan aparatların olduğu anbarlar və husilərin ballistik raketləri olub.
Xatırladaq ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) hədəflərinə zərbələr endirib. Zərbələr Yəmənin paytaxtı Səna, həmçinin Hudeyda, Dhamar şəhərləri və digər hədəflərə endirilib.
“Ənsar Allah” (husilər) hərəkatı da öz növbəsində Qırmızı dənizdəki hədəflərə yer-yer raketləri atmağa başlayıb.
(Musavat.com)