Bakıdan Naxçıvana iki dəhliz olacaq – TRT

0

Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Çindən Mərkəzi Asiyaya, Xəzər dənizinə, Qafqaza, eləcə də Türkiyəyə uzanan Orta Dəhliz üçün marşrut rolunu oynayacaq Zəngəzur dəhlizi avtomobil və dəmir yollarının tikintisini davam etdirir.

İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə “TRT World” məlumat yayıb.

Qeyd olunur ki, Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək quru və dəmir yolu marşrutlarının açılmasına razılıq verən bəyannamə imzalayıb:

“Müharibədən sonra Azərbaycan öz ərazilərindən Ermənistanla sərhədə qədər avtomobil və dəmir yollarının tikintisinə başlayıb. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu və avtomobil yolunun tikintisi sürətlə davam etsə də, Ermənistan bu layihə ilə bağlı heç bir addım atmayıb. Ermənistanla razılaşma olmadığından Azərbaycan da alternativ yollar üzərində işləyir. İran ərazisi nəzərdə tutulan dəhlizin cənubunda, yaxınlıqda yerləşdiyi üçün Bakı Tehranla ölkəni İran vasitəsilə Naxçıvana birləşdirən avtomobil və dəmir yollarının tikintisi barədə razılıq əldə edib. İki ölkə arasında imzalanmış sazişlərə əsasən, Araz çayı üzərindən avtomobil və dəmir yolları üçün körpülər tikiləcək. Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın Naxçıvana iki alternativ nəqliyyat yolu olacaq: həm Ermənistan, həm də İran vasitəsilə. Minalar və çətin relyef şəraitinə görə xəttin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir”.

Məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiya etdiyi tikintini Türkiyə şirkətləri həyata keçirir:

“Bu, bəzi hissələri dörd, digərləri isə altı zolaqlı olan yol 58 yeraltı keçid, 27 körpü və üç tuneldən ibarətdir. Yolun tikintisinin artıq 80%-dən çoxu tamamlanıb. Türkiyə və Azərbaycanın da Türkiyənin Qars şəhərini Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi var. Layihənin icrasına bir il ərzində başlanacaq. Bu layihələr başa çatdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi yaradılacaq. Eyni zamanda, Azərbaycan ərazisindən Türkiyə ilə Rusiya arasında fasiləsiz avtomobil və dəmir yolu əlaqəsi təmin ediləcək”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »