Zelenski Makronu belə aldatdı – Lavrov

0

2019-cu ilin dekabrında Zelenski Fransa Prezidenti Makronu və Almaniyanın o vaxtkı kansleri Merkeli aldadıb, “dxr” və “lxr”ə qarşı təcavüz hazırlamaq üçün vaxt qazanıb.

İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Normandiya dördlüyü” 2019-cu ilin dekabrında Parisdə görüşəndə​​Zelenski Makron və Merkeli aldatdı. Onlar bu görüşdə “dxr”, “lxr”ə xüsusi statusun verilməsi və bu statusun konstitusiyada daimi əsasda möhkəmləndirilməsi zərurətini göstərən sənəd üzərində razılığa gəldilər. Zelenski bu sənədə qol çəkdi. Və bir neçə il sonra, xüsusi əməliyyat artıq başlayanda, Yermak (Zelenskinin Ofisinin rəhbəri – red.) dedi: “Yox, o, onların hamısını aldatdı ki, ondan əl çəksinlər, o isə öz işləri ilə məşğul olsun”, – Lavrov qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »